Nailə İslamzadə
Aktrisa
Doğum tarixi:
02 noyabr 1961
Nailə İslamzadə Balakəndə anadan olub.
Azərbaycan televiziyasında diktor, aparıcı kimi fəaliyyət göstərib (1982-2006). Televiziya məkanında ilk sosial tok-şoulardan biri olan "Ailələr, talelər" proqramının müəllifi və aparıcısı olub. Türkiyənin TRT AVAZ kanalında "İş'te kadın" proqramının müəllifi və aparıcısı (2011), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi (2007-2016), “Kulturaplus” internet televiziyasının rəhbəri (2014) kimi çalışıb.
2019-cu ildən İctimai televiziyada “Ötən günlər” verilişinin aparıcısıdır.
Əməkdar artistdir (1998).