Nailə Mirməmmədli
Doğum tarixi:
23 may 1961
Vəfat tarixi:
04 yanvar 2021
Nailə Ağabala qızı Mirməmmədli Bakıda anadan olub.
Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə (1968-1979), Azərbaycan Pedaqoji İnstitutunda Musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə (1981-1985), Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və bəstəkarlıq ixtisasları üzrə (1994-1997, Tofiq Quliyevin sinfi) təhsil alıb.
“Azkonsert” birliyində (1980) və Azərbaycan Dövlət Pedagoji Universitetində (1980–1981) konsertmeyster, 190 sayılı məktəbdə (1985–2004), Bülbül adına orta ixtisas musiqi məktəbində (1994–2004), Avropa Liseyində (1994–2004) müəllim, “Bənövşə” xorunda xormeyster, ansambl rəhbəri (1994–2004), Azərbaycan Dövlət Pedaqoji Universitetndə dosent, baş müəllim (2003–2021), Bakı Dövlət Universitetinin Mədəniyyət və Yaradıcılıq mərkəzində direktor, baş müəllim (2020–2021) olaraq çalışıb.
Xor aranjimanı, alətşünaslıq, musiqi və onun tədrisi haqqında elmi məqalələrin, dərs proqramının, mahnıların müəllifidir.
Əməkdar incəsənət xadimi (2007) Nailə Mirməmmədli 2021-ci ildə vəfat edib.
Bəstəkar Nailə Mirməmmədli bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır.