Naibə Allahverdiyeva
Aktrisa
Doğum tarixi:
28 may 1963
Naibə Səyavuş qızı Allahverdiyeva Gürcüstanın Tbilisi şəhərində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1984).
Təyinatla Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərilib. 1994-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
Rusiya film istehsalçılarının “Cənnətin kuryeri” (2013, rejissor Mixail Xleborodov) filmində gülsatan qadın rolunda çəkilib.
Əməkdar artist (2000), Xalq artistidir (2018).