Nahid Hacızadə

Ssenari müəllifi Redaktor

Doğum tarixi:

14 mart 1936

Vəfat tarixi:

18 yanvar 2018


Nahid Rəhim oğlu Hacızadə (Nahid Hacıyev) Gədəbəyin Düzrəsullu kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub, redaktorluqdan şirkətin sədr müavini vəzifəsinə qədər yüksəlib. Bir müddət nəşriyyatda çalışıb, Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru olub. Ədəbiyyata 1969-cu ildə “Ulduz” jurnalında çap edilən “Lirik miniatürlər”lə gəlib. İlk kitabı “Bir ana tanıyırdım” 1972-ci ildə çap edilib. Şeirlərinə mahnılar bəstələnib. Pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub.

Əməkdar mədəniyyət işçisi Nahid Hacızadə 2018-ci ildə vəfat edib, Binəqədi qəbiristanlığında dəfn olunub.