Nadir Mehdiyev

Operator İkinci operator Operator assistenti

Doğum tarixi:

27 iyun 1971


Nadir Hüseyn oğlu Mehdiyev Bakıda anadan olub.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb (1999).

1990-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. Filmlərlə yanaşı çoxsaylı musiqi klipləri, reklam çarxları çəkib.

Rusiya istehsalı olan “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev) serialının operatoru olub, epizodik rolda çəkilib.

“Dolu” filminə görə “Ən yaxşı operator” nominasiyasında “Qızıl Pəri” mükafatına (2017), “Qızıl göz” Beynəlxalq Festivalında “Ən yaxşı portret” nominasiyasında mükafata layiq görülüb (2009, Tbilisi).

Əməkdar mədəniyyət işçisidir (2017).

Operator Nadir Mehdiyev rejissor Hüseyn Mehdiyevin oğludur.


Filmoqrafiya