Nadir Maçanov
Doğum tarixi:
14 yanvar 1970
Nadir Heybulla oğlu Maçanov Bakıda anadan olub.
Bakı Dövlət Universitetinin Fizika fakültəsində üç il təhsil alıb. Daha sonra fizika üzrə təhsilini Özbəkistanda Daşkənd Dövlət Universitetində başa çatdırıb. Bir il fizika fənnindən Daşkənd Şəhər orta məktəbində dərs deyib. Daşkənd Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Kinorejissorluq fakültəsində (Şuxrat Abbasovun kursu), Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin Ali rejissorluq kursunda (master Sergey Solovyov) təhsil alıb.
Özbəkistanda çoxsaylı sənədli filmlər, reklam çarxları çəkib.
Türkiyədə keçirilən “Altın safran” Beynəlxalq Sənədli FİIm Festivalının jurisinə rəhbərlik edib (2018)
Xarici film istehsalçıları tərəfindən çəkilmiş “Xocalı hekayəsi” (2020, Portuqaliya), “Biz günəşin ardınca gedirik” (sənədli, Özbəkistan-Avstriya), “İman, ümid, sevgi” (sənədli, Ukrayna-Rusiya), “Məhəllə bizim ümumi evimiz” (sənədli, Özbəkistan-ABŞ), “Məni yalqız qoyma” (bədii, Özbəkistan), “Oğurlanmış kilsələrin xaçı” (sənədli, B.Britaniya) filmlərinin rejissoru, “Xocalı hekayəsi” (2020, Portuqaliya), “Astana, ürəyim mənim” (bədii, Qazaxıstan-Rusiya, rejissor Yeqor Mixalkov-Konçalovski), “Hacı Murad” (bədii, Rusiya), “İki qoca” (bədii, Özbəkistan-B.Britaniya) filmlərininin ssenari müəllifi olub.
Hazırda Bakıda fəaliyyət göstərir.