Nadir Əzməmmədov

İkinci rejissor Rejissor assistenti Aktyor

Doğum tarixi:

03 fevral 1953


Nadir Mirzə oğlu Əzməmmədov Şamaxının Nərimankənd kəndində anadan olub.

“Azərbaycanfilm” kinostudiyasının kinoaktyor kursunda, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu ixtisasında (1972-1977), Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunda (1980) təhsil alıb.

1978-ci ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti kimi işə başlayıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin əməkdaşı, “Azərbaycan Dəmir Yolları”nın mətbuat xidmətinin əməkdaşı (1997-2003) və rəisi (2003-2016) olub. Əməkdar mədəniyyət işçisidir (2017).

 

 


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu