Muxtar Maniyev
Doğum tarixi:
04 aprel 1935
Vəfat tarixi:
22 dekabr 2016
Muxtar Qəmbər oğlu Maniyev Bakıda anadan olub.
Azərbaycan Dövlət Neft Kimya İnstitutunda mühəndis ixtisasında, Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
Radio və Televiziya Verilişləri Komitəsində rejissor (1962-1972), “Azərbaycanfilm” kinostudiyasında aktyor (1972-ci ildən) işləyib.
Ömrünün son illərində “Sönməyən ulduzlar” Assosiasiyasında fəaliyyət göstərib.
Belarus kinematoqrafçıların istehsalı olan “Dünyəvi oğlan” (1971, rejissor Yuri Dubrovin) filmində Kadorezi rolunda çəkilib.
Əməkdar artist (1982), Xalq artisti (2000) Muxtar Maniyev 2016-cı ildə vəfat edib, Qala qəsəbəsinin qəbiristanlığında dəfn olunub.

Filmoqrafiya
-
Ad günü Rollarda