Mütəllim Həsənov

Ssenari müəllifi Redaktor Aktyor

Doğum tarixi:

08 avqust 1978


Mütəllim Əvəz oğlu Həsənov Bakıda anadan olub.

Azərbaycan Texniki Universitetində təhsil alıb (1995-1999).

Lider televiziyasında səhər verilişinin aparıcısı və müxbiri, “Auksion”, “24 şou”, “Maşın şou” verilişlərinin əməkdaşı (2001-2004), Lider Radioda “Radio Liderin səhər şousu” verilişində aparıcı və baş redaktor (2004-2008), “ArtLab advertising”də kopirayter (2010-2013), “Parlaq zəka” verilişində rejissor, ssenarist, prodüser (2013-2017, AzTV) olaraq çalışıb.
2008-ci ildən “Planet Parni iz Baku” productionın aktyor və ssenaristi, “OMD Media Group Azerbaijan”ın ofis meneceri, “Fresh Creative Agency”nin kreativ direktorudur (2016-cı ildən). Böyük şirkətlərin reklam layihələri üzərində işləyib.