Müsəllim Həsənov

Ssenari müəllifi Redaktor Aktyor Yaradıcı heyətin üzvü

Doğum tarixi:

22 dekabr 1958


Müsəllim Qaman oğlu Həsənov Şəmkirin Şiştəpə kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1980-1985).

“Azərnəşr”də (1985-1989), “Yeni Fikir” qəzeti redaksiyasında şöbə müdiri, redaktor müavini (1989-1992), “Müstəqil qəzet”də (1992-1996), “Panorama” qəzetində şöbə müdiri (1997), Azərbaycan Respublikası Prokurorluğunda mətbuat xidmətinin rəhbəri (1997-2000), “Bizim Əsr” qəzetində şöbə müdiri, “Lider” televiziyasında (2002-2008), İctimai televiziyada (2010-2013), Bakı Media Mərkəzində (2014-2022) redaktor vəzifəsində çalışıb.

3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub (2025). Ali Media Mükafatı laureatı (2016), Əməkdar mədəniyyət işçisidir (2018).