Murad Muradov

Rejissor Ssenari müəllifi Prodüser Montaj rejissoru Montajçı Rejissor assistenti Operator İkinci rejissor Rejissor qrupunun üzvü Aktyor

Doğum tarixi:

24 iyun 1984


Murad Ələkbər oğlu Muradov Bakıda anadan olub.

Respublika İncəsənət Gimnaziyasının Rejissorluq fakültəsində (1991-2001), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsində (2001-2005, Rasim İsmayılovun kursu), Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində kinorejissorluq fakültəsində (2007-2012) təhsil alıb.

Gimnaziyada oxuduğu müddətdə Uşaq yaradıcılıq studiyasında sənədli və bədii filmlər çəkib. Lider TV-də rejissor assistenti (2005), Azərbaycan televiziyasında (2011), ANS TV-də (2012-2013), Kultura Plus TV-də (2014), ARB TV-də rejissor olaraq çalışıb. Müxtəlif mükafatlara və “Gənclər mükafatı”na (2007) layiq görülüb. Respublika İncəsənət Gimnaziyasında kinorejissorluq şöbəsində kinorejissor fənnindən dərs deyib.

Rejissor Murad Muradov rejissor, operator Ələkbər Muradovun oğludur.