Murad İbrahimbəyov
Doğum tarixi:
12 mart 1965
Murad Maqsud oğlu İbrahimbəyov Bakıda anadan olub.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1982-1989, Sergey Gerasimovun və İqor Talankinin kursu).
Hazırda Rusiyada fəaliyyət göstərir.
Dağıstan Respublikasının Əməkdar incəsənət xadimidir.
Rusiyada komediya rejissoru kimi tanınsa da, bir neçə uğurlu reklam çarxları (“Üç ayı” və “Doktor Dizel”) da lentə alıb. “Yeralaş” kinojurnalına süjetlər çəkib. Filmlərin çəkilişində iştirak edib:
“Rusiya” (1987, qısametrajlı filminin rejissoru və ssenari müəllifi,
“Qızıl buzovların valsı” (1992) filminin rejissoru və ssenari müəllifi,
“Gənc qadın üçün kişi” (1996) filminin rejissoru və ssenari müəllifi,
“Adi əhvalatlar” (2000) filminin rejissoru,
“Qaçmağı düşünürəm” (2003) serialının rejissoru,
“BMT: 60 il və bir gün” (2005) sənədli filminin rejissoru,
“Rusiya-Amerika: keçmişdən gələcəyə” (2005) sənədli filminin rejissoru,
“Moskva əhvalatları” (2006) serialının rejissoru,
“Qorxunc zaman” (2010, rejissor Aleksandr Daruqa) serialının prodüseri,
“Moskva, mən səni sevirəm!” (2010) kinoalmanaxının “Obyekt №1” novellasının rejissoru və ssenari müəllifi,
“Bura müqəddəsdir” (2011) sənədli filmin rejissoru,
“Mənim Dağıstanım. Etiraf” (2014) sənədli filminin rejissoru olub.
Aktyor kimi “Ad günün mübarək!” (1998, rejissor Larisa Sadilova) filmində, “Sevgilərlə. Lilya” (2002, rejissor Larisa Sadilova) filmində musiqi məktəbinin müəllimi Boris Ginzburq rolunda, “Tuls Luperin çantaları. Rus versiyası” (2006, rejissor Piter Qrinuey / Macarıstan, Almaniya, İspaniya, İtaliya, Lüksemburq, Niderland, Rusiya) filmində, “Arzuların sərhədi” (2009, rejissor Vladimir Dmitriyevski) serialında Timur rolunda çəkilib
Rejissor Murad İbrahimbəyov yazıçı Maqsud İbrahimbəyovun oğludur.