Murad Abiyev

Rejissor Ssenari müəllifi Montajçı Rəssam

Doğum tarixi:

16 may 1977


Murad Abiyev Bakıda anadan olub.

Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr (1997) və Beynəlxalq hüquq ixtisasında (1999, magistratura), Rusiyada Ali ssenaristlər və rejissorlar kursunda (2010-2012) təhsil alıb.

“Dəniz suyu içən it” filminə görə “Ən yaxşı qısametrajlı bədii film” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2018). “Narimanfilm”lə əməkdaşlıq edir.