Mobil Babayev

Bəstəkar Musiqi redaktoru Bəstəsindən istifadə olunub Musiqi tərtibatçısı

Doğum tarixi:

23 dekabr 1945

Vəfat tarixi:

10 noyabr 2023


Mobil Rəşid oğlu Babayev Gəncədə anadan olub.

Bülbül adına orta ixtisas musiqi məktəbində viola və bəstəkarlıq üzrə (1953-1964), Azərbaycan Dövlət Konservatoriyasının viola sinfində (1964-1972) təhsil alıb.

Məktəbdə oxuyarkən musiqi bəstələməyə başlayıb. 1973-cü ildən "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, baş redaktor kimi fəaliyyət göstərib. "Vəfalı dost" mahnısı "Vilnüs qalaları" beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülüb (1974, Vilnüs). İki yeni musiqi janrının yaradıcısı hesab olunur: alt və orkestr üçün konsert və estrada orkestri üçün konsert.

Əməkdar incəsənət xadimi (2007) Mobil Babayev 2023-cü ildə vəfat edib.