Mirakif Seyidov

Kino təşkilatçısı Koordinator

Doğum tarixi:

01 aprel 1980


Mirakif Seyidov (Akif Seyidov) Ordubadda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq ixtisasında təhsil alıb (2001-2007).

Medlayn-Servis şirkətinin baş direktor müavini (2004-2011, Rusiya), Naxçıvan Dövlət Televiziyasının əməkdaşı olaraq çalışıb. Naxçıvan radiosunda yayımlanan “Bu kino ki var...” (2023) layihəsinin müəllifi və aparıcısı olub.

2015-ci ildən Naxçıvan Dövlət Film Fondunun direktorudur.