Mikayıl Mirzə

Aktyor Filmi səsləndirən Ssenari müəllifi

Doğum tarixi:

01 yanvar 1947

Vəfat tarixi:

03 iyun 2006


Mikayıl Mirzə (Mikayıl Mirzəyev Şahvələd oğlu) Şamaxının Talış kəndində (indiki Ağsu rayonu) anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1965-1969, Mehdi Məmmədovun kursu).

Səhnə danışığı kafedrasında müəllimliklə yanaşı bir müddət Tədris Teatrında aktyor işləyib.

1976-cı ildən 2000-ci ilə qədər (müxtəlif fasilələrlə) Akademik Milli Dram Teatrında çalışıb. Bakı Mədəni Maarif Texnikumunun direktoru olub (1992-1995).

Xarici film istehsalçıların çəkdiyi “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində çəkilib.

Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. İki dəfə Milli Məclisə deputat seçilib (1995-2000, 2002-2005).

Əməkdar artist (1987), Xalq artisti (1991) Mikayıl Mirzə 2006-cı ildə vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.