Mikayıl Mikayılov (II)

Rejissor Aktyor Ssenari müəllifi

Doğum tarixi:

21 iyul 1981


Mikayıl Şamil oğlu Mikayılov Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsində təhsil alıb (2000-2004, magistratura 2004-2006).

Musiqili Komediya (1996-1998), Pantomim (1999-2004), Yuğ Teatrlarında (2005-dən) rejissor və aktyor kimi çalışıb.

Hazırda Yuğ Teatrının baş rejissorudur.

Rusiya istehsalı olan “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernyayev) və “Vəsiyyət ilə nikah” (2009, rejissor Vasili Serikov) seriallarında çəkilib.

“İlin ən yaxşı gənc rejissoru” (2005), “İlin ən yaxşı gənc kino aktyoru” (2004) və “Zirvə” mükafatlarına (2013) layiq görülüb.

Rejissor, aktyor Mikayıl Mikayılov aktrisa Sonaxanım Mikayılovann oğludur.