Məryəm Seyidbəyli
Doğum tarixi:
03 oktyabr 1955
Məryəm Həsən qızı Seyidbəyli Bakıda anadan olub.
Azərbaycan Dövlət Universiteti Şərşünaslıq fakultəsinin Ərəb dili və ədəbiyyatı şöbəsində təhsil alıb.
1981-ci ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycanın qədim tarixi şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. 1983-cü ildə Azərbaycanın orta əsrlər tarixi (III–XII əsrlər) şöbəsində fəaliyyətini davam etdirib. Ərəb dili tərcüməçisi kimi dövri olaraq Əlcəzair, Suriya, Liviyada ezamiyyətlərdə olub (1980–1986). 2003-cü ildə "Azərbaycan diasporu" şöbəsinin müdiri, 2014-cü ildə AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Tarix elmləri doktoru (2013), professordur (2021). “Humay" milli mükafatına layiq görülüb (2011).
Azərbaycan Kinorejissorlar Gildiyasının İdarə Heyətinin üzvüdür.
Şərqşünas, aktrisa Məryəm Seyidbəyli rejissor Həsən Seyidbəylinin qızıdır.