Məmmədsadıq Allahverdiyev

Ssenari müəllifi

Doğum tarixi:

14 sentyabr 1914

Vəfat tarixi:

08 oktyabr 1987


Məmmədsadıq Allahverdi oğlu Allahverdiyev (Məmmədsaleh Allahverdiyev) Bakıda anadan olub.

Bakı Texniki-Peşə Məktəbində (1931), Azərbaycan Pedaqoji İnstitutunda (1952) təhsil alıb.

Əmək fəaliyyətinə 1931-ci ildə başlayıb. Uzun müddət “Azərbaycanfilm” kinostudiyasında Dublyaj şöbəsinin rəisi, böyük redaktor, baş redaktor, tərcüməçi işləyib (1956-1980). 200-ə qədər sovet və xarici bədii filmləri Azərbaycan dilində tərcümə edib.

Məmmədsadıq Allahverdiyev 1987-ci ildə vəfat edib.