Məmmədkamal Kazımov
Doğum tarixi:
27 avqust 1929
Vəfat tarixi:
13 dekabr 2005
Məmmədkamal Allahqulu oğlu Kazımov Bakıda anadan olub. Akademik Milli Dram Teatrında Adil İsgəndərovun rəhbərlik etdiyi dərnəyə üzv olub. Adil İsgəndərov ona baxaraq: “Gözlərindən cin yağır, bunda böyük aktyorluq istedadı var” deyib. 1944-cü ildə Dram Teatrına işə qəbul olunub. Burada çalışdığı illərdə teatrın nəzdindəki studiyada oxuyub. Daha sonra Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu, həmçinin Rejissorluq fakültələrində təhsil alıb. Dram Teatrından başqa Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Tənqid Təbliğ Teatrında, Əhli-Beyt Teatrında tamaşalara quruluş verib. Ağdam Dövlət Dram Teatrının baş rejissoru olub (1983-1988). Xətai adına Mədəniyət Sarayında Xalq Teatrının təşkilatçısı, Azərbaycan Mədəniyyət Fondunun “Sönməyən ulduzlar” Teatrının baş rejissoru olub.
Ömrünün son 15 ilini Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətə həsr edib.
Əməkdar mədəniyyət işçisi (1978) Məmmədkamal Kazımov 2005-ci ildə vəfat edib.

Filmoqrafiya
-
Ad günü Rollarda