Mələk Abbaszadə
Doğum tarixi:
31 oktyabr 1969
Mələk Fuad qızı Abbaszadə Bakıda anadan olub.
Bakı Xoreoqrafiya Məktəbində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino aktyoru fakültəsində (1990, A.Batalovun kursu) təhsil alıb.
Universiteti bitirdikdən sonra bir il Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. 1992-ci ildə Azərbaycanda keçirilən gözəllik yarışmasında qalib gəlib, Türkiyəyə dəvət alıb. Şimali Kiprdə 60-a yaxın ölkənin iştirakı ilə keçirilən “Miss dünya” yarışmasında “Zəriflik gözəli” nominasiyasını qazanıb. Türkiyədə “Başak Gürsoy” və digər məşhur agentliklərdə 6 ilə yaxın fotomodel kimi çalışıb. İstanbulda olduğu müddət ərzində Müammər Karaca Teatrında “Gənc qız və dəniz” adlı monotamaşada səhnəyə çıxıb. Türkiyədə xoreoqraf Bilge Tususun xoreoqrafiya kurslarını bitirib. Türkiyədə “Vətəndaş Əhməd” (1996) və “Bitməyən yollar” seriallarında çəkilib.
İbrus Teatrında rollar oynayıb (1999-2011). Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisasıdır (1991-2023).
Əməkdar artistdir (2009).