Məlahət Əhməd
Aktrisa
İkinci rejissor
Rejissor assistenti
Kastinq meneceri
Assistent
İnzibatçı
Rejissor qrupunun üzvü
Rejissor köməkçisi
Əlbəsə ustası
Doğum tarixi:
13 aprel 1972
Məlahət Əhməd (Məlahət Əhmədova) Sumqayıtda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru ixtisasında təhsil alıb (1992-1997, Nəsir Sadıqzadənin kursu).
1997-ci ildə təyinat ilə Şuşa Dövlət Musiqili Dram Teatrına aktrisa kimi işə qəbul olunub. Paralel olaraq bir müddət Azərbaycan Dövlət Gənclər Teatrında rollar ifa edib. “Pozitiv Media” MMC-də prodüser vəzifəsində çalışıb. 2004-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də ikinci rejissor vəzifəsində çalışır.
Prodüser, aktrisa Məlahət Əhməd aktrisa Mətanət Eresin bacısıdır.