Mehriban Xanlarova
Aktrisa
Doğum tarixi:
12 avqust 1967
Mehriban Aslan qızı Xanlarova Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1986-1990, Məlik Dadaşovun kursu).
Orta məktəbi bitirdikdən sonra bir müddət uşaq oyuncağı fabrikində işləyib (1984-1986).
1998-ci ildən Akademik Milli Dram Teatrında çalışır.
TV kanallarında aparıcılıq edib.
Xarici film istehsalçılarının “Bizim məhəllə” (2000 / Türkiyə) serialında Seda rolunda, “Cinlər və pərilər” (2000 / Türkiyə) serialında Leyla rolunda, “İtirilmiş pay” (2007, rejissor Həsən Nəcəfi / İran) filmində, “Raami” (2007, rejissor Babək Şirinsifət / İran) filmində çəkilib.
Əməkdar artistdir (2002).

Filmoqrafiya
Poster
Filmin adı
Filmdə statusu
-
Evdə qalmış Rollarda
-
Evdə qalmış 2 Rollarda