Mehriban Vəzir

Ssenari müəllifi Əsərindən istifadə olunub

Doğum tarixi:

18 dekabr 1957


Mehriban Əli qızı Vəzir (Mehriban Vəzirova) Tərtərdə anadan olub.

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1982).

Azərbaycan Dövlət Teleradio Komitəsində (1978-1999), Sara TV-də (1999), GünAz TV-də (2003–2007) müxbir, redaktor, şöbə müdiri, aparıcı olaraq müxtəlif vəzifələrdə çalışıb. Hekayələri əsasında televiziya tamaşaları hazırlanıb. 40-dan çox hekayənin, 300-dən çox məqalənin, kitabların müəllifidir. Dövrü mətbuatda daimi olaraq siyasi və bədii publisistik məqalələri ilə, eyni zamanda tarixi araşdırmaları ilə çıxış edir. Xəzər Universitetində dərs deyib (2000-2005).

Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi (AQASİM) İctimai Birliyinin və Media və Demokratiya İnstitutu İctimai Birliyinin (2010) direktorudur.