Məcid Şamxalov

Aktyor Əsərindən istifadə olunub Filmi səsləndirən

Doğum tarixi:

02 may 1907

Vəfat tarixi:

13 oktyabr 1984


Məcid Baba oğlu Şamxalov Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub. Sonra ailəsi ilə birlikdə Ağdamın Gülablı kəndinə, 1916-cı ildə isə Bakıya köçüblər.

Süleyman Sani Axundovun rus-tatar məktəbində və Azərbaycan Dövlət Teatr Texnikumunda (1924-1926) təhsil alıb.

Azərbaycan Akademik Dram Teatrında aktyor işləyib.

Gənc məzhəkəçilərin respublika müsabiqəsində I yeri tutduğuna görə “Qızıl medal”a layiq görülüb.

İlk ədəbi-ictimai fəaliyyəti “Damğa” Tənqid-Təbliğ Teatrında rejissorluğu dövründə kiçik həcmli əsərlər yazması ilə başlanıb. İlk əsəri “Mənzər” 1955-ci ildə çap olunub. Məişət mövzulu “Qayınana” pyesi ilk dəfə 1957-ci ildə Kirovabad Dövlət Teatrında tamaşaya qoyulub, sonralar Azərbaycanın və SSRİ-nin ondan çox teatrında, eləcə də Bolqarıstan və Əfqanıstan teatrlarında oynanılıb, “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb.

Əməkdar artist (1949) Məcid Şamxalov 1984-cü ildə vəfat edib.