Məsumə Babayeva
Aktrisa
Doğum tarixi:
23 sentyabr 1951
Məsumə Mustafa qızı Babayeva Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1972).
Tələbə ikən Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. 1972-ci ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
“Sənətkar” (2016) və “Tərəqqi” (2018) medalları ilə təltif edilib.
