Marat Haqverdiyev
Doğum tarixi:
21 iyul 1938
Marat Xanlar oğlu Haqverdiyev Bakıda anadan olub.
Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsində təhsil alıb (1956-1961).
Tələbəlik illərində institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi qastrol səfərlərində olub. Təhsilini başa vurduqdan sonra qısa müddətdə tikinti sahəsində çalışıb. Ömrünün təxminən 40 ilini isə Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib.
1970-ci illərdə tərcüməçi anası Cahan Əfruzun əsərlərini rus dilinə çevirib. Anası dünyasını dəyişəndən sonra özü bədii əsərlər yazmağa başlayıb. Pyesləri müxtəlif teatrlarda səhnələşdirilib.
Əməkdar mədəniyyət işçisidir (2018).