Məmmədsadıq Nuriyev

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

05 mart 1919

Vəfat tarixi:

22 mart 1975


Məmmədsadıq Qafar oğlu Nuriyev Bakının Sovetski adlanan dağüstü məhəlləsində anadan olub.

Bədəl bəy Bədəlbəyovun məktəbində, Azərbaycan Dövlət Teatr Məktəbinin Aktyorluq fakültəsində (1935-1937) təhsil alıb.

Teatr Məktəbində oxuyarkan birinci kursda Milli Dram Teatrının tamaşalarında çıxış edib. 1938-ci ildə rejissor Ağaəli Dadaşovun hazırladığı “Vətən namusu” (Georgi Mdivani) tamaşasında uşaq rolunu oynayıb. Məzun olduqdan sonra göndərişlə İrəvan Dövlət Dram Teatrına gedib (1937-1946). Daha sonra Gəncə Dövlət Dram Teatrında (1946-1950), Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki musiqili komediya estrada ansamblında (1950-1956), Azərbaycan Dövlət Musiqili Teatrında (1956-1975), az müddət Milli Dram Teatrında çalışıb. Səhnə dostları arasında “Vücud” ləqəbi ilə tanınıb.

Məmmədsadıq Nuriyev 1975-ci ildə vəfat edib.

Aktyor Məmmədsadıq Nuriyev aktyor Yaşar Nurinin atasıdır.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu