Məmmədəli Kazımov

Ssenari müəllifi

Doğum tarixi:

10 iyun 1975


Məmmədəli Sabir oğlu Kazımov Bakıda anadan olub.

Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb (1992-1997).

1992-ci ildə “Parni iz Axmedlov” KVN komandasının aktyoru olub. Təhsil aldığı müddətdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mı iz Biznesa” KVN komandasının aktyoru və ssenari müəllifi, KVN üzrə 2 qat Respublika çempionu olub (1993-1996). 2002-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının ssenari müəllifidir. “Axtaran tapar” (2006) tamaşasının, 50-dən çox “Planet Parni iz Baku” televiziya verilişinin və 17 solo konsertin ssenari müəllifidir.