Məmməd Rahim

Mahnı mətni müəllifi

Doğum tarixi:

20 aprel 1907

Vəfat tarixi:

06 may 1977


Məmməd Rahim (Məmməd Hüseynov Abbas oğlu) Bakıda anadan olub.

Azərbaycan Pedaqoji İnstitutunun Şərqşünaslıq fakültəsində təhsil alıb (1928-1932).

Tələbə ikən “Azərnəşr”də tərcüməçilik edib (1928-1931). Pedaqoji fəaliyyətə 1-ci Bakı beşillik sovet məktəbində başlayıb (1931-1935). Azərbaycan Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri və təşkilat katibi (1938-1940), poeziya bölməsinin rəhbəri (1947-1950; 1951-1952), müdafiə bölməsinin rəhbəri (1941-1946) olub. 1926-cı ildə ilk şeiri "Gördüm", 1930-cu ildə isə ilk şeir kitabı "Arzular" çap olunub. Dövri mətbuatda fəal çıxış edib. 30-dan artıq kitabın müəllifidir. Tərcümələr edib. Əsərləri bir sıra xarici dillərə tərcümə edilib.

Əməkdar incəsənət xadimi (1940), Ermənistanın Əməkdar mədəniyyət xadimi (1970), Dövlət mükafatı laureatı (1949), Xalq şairi (1957) Məmməd Rahim 1977-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.