Məmməd Aslan

Ssenari müəllifi Məsləhətçi

Doğum tarixi:

24 dekabr 1939

Vəfat tarixi:

23 sentyabr 2015


Məmməd Muxtar oğlu Aslan (Məmməd Aslanov) Kəlbəcər rayonunun Laçın kəndində anadan olub.

Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb (1957-1962).

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. Rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin sonlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor, Azərbaycan Dövlət Teleşirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub.

Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlayıb.

"Şöhrət" ordeni laureatı (2000), Əməkdar mədəniyyət işçisi Məmməd Aslan 2015-ci ildə Zaqatalada vəfat edib, Masazır qəbiristanlığında dəfn olunub.