Malik Mansurov

Musiqi ifaçısı Aktyor

Doğum tarixi:

12 oktyabr 1961


Malik Məmməd oğlu Mansurov Sumqayıtda anadan olub.

Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb (1981-1986).

1986-cı ildə Sumqayıt şəhər orta ixtisas musiqi məktəbində tar müəllimi işləyib.

1989-cu ildən xanəndə Alim Qasımovu müşayiət edib.

2002-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında tardan dərs deyir, dosentdir. İnstrumental muğam kafedrasının müdiridir.

Əməkdar artist, Xalq artistidir (2020).