Məlahət Abbasova

Aktrisa Məsləhətçi Musiqi ifaçısı

Doğum tarixi:

08 iyul 1969


Məlahət Elman qızı Abbasova Pirşağıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (Mehdi Məmmədov, Azərpaşa Nemətov, Şəfiqə Məmmədovanın kursları).

21 yaşında ikən “Sən həmişə mənimləsən” film-tamaşasında baş rolda çəkilib. 1991-ci ilə qədər Azərbaycan Dövlət Dram Teatrında çalışıb.

1991-ci ildən Türkiyədə yaşayır. İstanbul Bələdiyyə Teatrının aktyoru və rejissorudur. 2016-cı ildən İstanbul bələdiyyəsinə bağlı Şəhər Teatrları bədii rəhbərinin müavinidir.

Türkiyədə filmlərdə və seriallarda çəkilir:
“Super ata” (1993) serialında Canan rolunda
“Çiçək taksi” (1995-2003) serialında
“Hüzn çiçəyi” (1996, rejissor Cem Akyoldaş) serialında
“Qolsuz bəbə” (1997, rejissor Naci Çelik Berksoy) filmində Güzin rolunda
“Yalan” (1997, rejissor Cem Akyoldaş) filmində Ayşe rolunda
“Ayrı dünyalar” (1998, rejissor Kaya Ererez, Zeki Demirkubuz) serialında Zehra rolunda
“Qırılmış həyatlar” (1998, rejissor Hüdaverdi Yavuz) serialında Ayten rolunda
“Nimdaşçı ata” (2000, rejissor Naci Çelik Berksoy) serialında
“Paşa ata köşkü” (2000, rejissor Ahmet Bilge) serialında Bedia rolunda
“Derman bəy” (2001, rejissor Melih Gülgen) serialında Suzan rolunda
“Yaralı” (2002, rejissor Nazif Tunç) filmində
“Brindar” (2004, rejissor Nazif Tunç) filmində
“Gecə yürüşü” (2004, rejissor Mesude Erarslan) serialında vəkil rolunda
“Həyatın içindən” (2004) serialında Rabiya rolunda
“Əsla unutma” (2005, rejissor Nazif Tunç, Haluk Göl) serialında
“Hacı” (2005, rejissor Nazif Tunç) filmində Zühal rolunda
“Köpək” (2005, rejissor Cem Akyoldaş) serialında Yezdan rolunda
“Min bir gecə” (2006-2008, rejissor Kudret Sabancı) serialında Mihriban rolunda
“Köşk” (2009, rejissor Cem Akyoldaş) filmində Selma rolunda
“Qız qaçıran” (2009, rejissor Mustafa Şevki Doğam) serialında Gülgün rolunda
“Vida” (2010, rejissor Zülü Livaneli) filmində
“Qızım üçün” (2013, rejissor Hakan Haksun) filmində Rukiye rolunda
“Əmanət” (2014) serialında Perihan Serman rolunda
“Qardaşlıq adası” (2014, rejissor Nazif Tunç) filmində Gülşen rolunda
“Seddülbahir 32 saat” (2015, rejissor Yasin Uslu) serialında
“Sevda quşun qanadında” (2016, rejissorlar: Ayhan Özem, Yasin Uslu) serialında Müberra Eren rolunda
“Sevdanın bağçası” (2017, rejissor Emir Khalilzadeh) serialında Tatyana rolunda Çəkilib.
“Yaxşı Cazibə” (2010-2012) serialının məsləhətçisi olub.
Azərbaycanlı qız rolunu oynadığı “Min bir gecə” serialındakı roluna və teatrda “Ulduzlar altında cinayət” tamaşasına görə 2007-ci ildə Burc Kolleclərinin “Özəl jüri mükafatı”na layiq görülüb.

Əməkdar incəsənət xadimidir (2014).