Mailə Muradxanlı
Doğum tarixi:
22 oktyabr 1940
Vəfat tarixi:
12 iyun 2010
Mailə Balabəy qızı Muradxanlı (Mailə Muradxanova) Salyanda anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika bölməsində təhsil alıb (1957-1962).
Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlayıb, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor (1994-2010) vəzifələrində çalışıb. ANS televiziyasında “Zərif çərşənbə” verilişinin aparıcısı, “Bakıfilm” kinostudiyasının baş redaktoru olub.
Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsində çalışıb (1990-2010).
Ədəbiyyata tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olub (1962). “Qınamayın məni” pyesi Sumqayıtda tamaşaya qoyulub (1990).
“Qızıl qələm” mükafatı laureatı (1967), Əməkdar jurnalist (1989) Mailə Muradxanlı 2010-cu ildə vəfat edib.
Jurnalist Mailə Muradxanlı rejissor Pərviz Cəfərovun həyat yoldaşı olub.
Jurnalist Mailə Muradxanlı rejissor, aktyor Elxan Cəfərovun anasıdır.