Mahmud Kərimov
Doğum tarixi:
18 oktyabr 1948
Vəfat tarixi:
10 fevral 2013
Mahmud Kərim oğlu Kərimov İrəvanda anadan olub.
Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb.
Fizika İnstitutunda mühəndis, Radiasiya Tədqiqatları sektorunda elmi işçi, elmi katib, laboratoriya müdiri, direktor (1974-2001), Azərbaycan Milli Elm Fondunun prezidenti (2002-2013), Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru (2004-2013), AMEA-nın prezidenti (2001-2013) vəzifəsində çalışıb.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib.
Yarımkeçicilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib.
“Şöhrət” ordeninə layiq görülüb.
Fizika-riyaziyyat elmləri doktoru (1989), professor (2000) Mahmud Kərimov 2013-cü ildə Türkiyədə klinikada dünyasını dəyişib. I Fəxri Xiyabanda dəfn olunub.
