Məhluqə Sadıqova
Doğum tarixi:
28 aprel 1917
Vəfat tarixi:
15 avqust 2003
Məhluqə Ələsgər qızı Sadıqova Şuşada anadan olub. 1930-cu ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
Bakı Tibb Texnikumunun Diş texniki fakültəsində təhsil alıb (1936).
Tələbə ikən rəqs və dram dərnəklərində məşğul olub. 1936-cı ildə Akademik Milli Dram Teatrının truppasına götürülüb, ilk rolu “Şahnamə” əsərində Firuzə obrazı olub. 54 il bu teatrda çalışıb. 1992-ci ildən Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. 40 ildən çox radionun “Bulaq” folklor-etnoqrafik verilişinin ifaçılarından biri olub. "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində filmlərin səsləndirilməsində yaxından iştirak edib.
Əməkdar artist (1949), Xalq artisti (1978) Məhluqə Sadıqova 2003-cü ildə vəfat edib.