Mahir Ordubadi
Doğum tarixi:
02 dekabr 1974
Mahir Ordubadi (Mahir İbrahimov Mübariz oğlu / Mahir Ordubadi-İbrahimov) Ordubad şəhərində anadan olub.
Asəf Zeynallı adına Musiqi Texnikumunda (1989-1993), Bakı Musiqi Akademiyasının xor dirijorluğu fakültəsində (1998-2002) təhsil alıb. Bakı İnşaatçılar Mədəniyyət Sarayında musiqi rəhbəri (1991-1993), Ordubad şəhər musiqi məktəbində tar müəllimi (1997), “Körpəm” Eksperimental Uşaq Teatrının bəstəkarı (1999), Bakı şəhər Mədəniyyət İdarəsinin Uşaq Teatrının musiqi rəhbəri (2002) vəzifələrində çalışıb. “Yeni ulduz”, “Qızıl duet”, “Azəri Star”, “Çal çağır”, “Burda və indi” televiziya layihələrinin musiqi rəhbəri olub (2003-2012).
2005-ci ildə “ART Global Production” (AGP) şirkətini təsis edərək rəhbərlik edib. “AGP” şirkəti filmlərin çəkilişi, musiqi aranjimanı, səsyazma, bəstə, dublyaj və digər xidmətlərlə məşğul olur.
2016-cı ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Folklor studiyasının rəhbəri vəzifəsində çalışır.