Maqsud Məmmədov (II)

Xoreoqraf Libretto müəllifi Aktyor

Doğum tarixi:

30 may 1929

Vəfat tarixi:

06 aprel 2024


Maqsud Davud oğlu Məmmədov Gəncədə anadan olub.

Moskva Xoreoqrafiya Məktəbində təhsil alıb (1950).

Məzun olduqdan sonra Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub (1951-1961). 1972-1973-cü illərdə Əlcəzairdə baletmeyster və pedaqoq işləyib. İlk Azərbaycanlı balet artistidir.

“Şöhrət” ordeni laureatı (2019), Əməkdar artist (1955), Xalq artisti (1970) Maqsud Məmmədov 2024-cü ildə vəfat edib.

Baletmeystr Maqsud Məmmədov baletmeystr Rəfiqə Axundovanın həyat yoldaşıdır.