Maarif Teymur
Doğum tarixi:
10 may 1946
Vəfat tarixi:
09 oktyabr 0206
Maarif Abı oğlu Teymur (Maarif Teymurov) Masallı rayonunun Ərkivan kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Kitabşünaslıq şöbəsində (1965-1970), Moskvada Tarix Arxivşünaslıq İnstitutunda (1972-1974) təhsil alıb.
Əmək fəaliyyətinə “Azərkitab” birliyində yükləyici kimi başlayıb (1964-1966). Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi şöbəsində kiçik elmi işçi (1966), böyük elmi işçi (1969-1974), şöbə rəisi (1974-1983), elmi işlər üzrə direktor müavini (1983-1987), direktor (1987-2016) vəzifələrində işləyib.
İlk dəfə mətbuatda “Ədəbiyyat və incəsənət” qəzetində “Müşfıqin naməlum şeirləri” adlı məqaləsi ilə çıxış edib (1969). Ədəbiyyatın açılmamış səhifələrinə dair 250-dən artıq məqalə və xəbəri qəzet və jurnallarda dərc olunub. 600-dən çox sənətkarın şəxsi arxiv fondunun yaradılmasında fəal iştirak edib. Almas İldırımın şeirlərini toplayıb, tərtib və nəşr etdirib, onun haqqında tədqiqat əsəri yazıb.
Əməkdar mədəniyyət işçisi (2005) Maarif Teymur 2016-cı ildə Masallıda vəfat edib, Ərkivan kəndində dəfn olunub.