Loğman Kərimov
Doğum tarixi:
11 yanvar 1959
Loğman Seyfulla oğlu Kərimov Bakıda anadan olub.
16 yaşından teatrda fəhlə işləməyə başlayıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsinin axşam şöbəsinə daxil olub. Aktyorluq fakültələri ləğv olununca Maarif fakültəsində təhsilini davam etdirib. III kursda təhsil alarkən teatrda kütləvi səhnələrə çıxmaq üçün truppaya qəbul edilib. Eyni vaxtda radioda gənclər üçün “Tələbəlik illəri” verilişində çalışıb. “Füruzə” Tələbə Teatrının rejissorluğunu həyata keçirib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 1998-ci ildən rejissor, daha sonra baş rejissor kimi fəaliyyət göstərib.
Rusiya kinematoqrafçılarının istehsalı olan “Barıt” (1983, rejissor Viktor Aristov) filmində əsgər Hacıbəyov rolunda çəkilib.
Hazırda Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissorudur.
Əməkdar artistdir (2006).
Aktyor, teatr rejissoru Loğman Kərimov aktyor Valeh Kərimovun qardaşıdır.