Leyla Dostəlizadə
Doğum tarixi:
21 iyul 1969
Leyla Dostəlizadə Bakıda anadan olub.
Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb (1986-1993).
3 nömrəli Kliniki Uşaq Xəstəxanasının reanimasiya şöbəsində pediatr-reanimatoloq kimi çalışıb (1994-2006).
2006-cı ildən “Narimanfilm” kinostudiyasında ofis meneceri, daha sonra xətt prodüseri, Cənubi Qafqaz Müstəqil Kino Assosiasiyasının (IFA-SC) Bakı ofisinin assistenti kimi fəaliyyət göstərib. 2012-ci ildə “Narimanfilm”in direktor müavini olub. Bir müddət frilanser kimi fəaliyyət göstərib (2012-2019). Bu müddətdə xarici film istehsalçılarının “Əli və Nino” (2015, Böyük Britaniya, rejissor Asif Kapadia) və “Kilimancara” (Rusiya, 2018, rejissor Yekateria Teleqina) filmlərində məkan meneceri olaraq çalışıb.
2019-cu ildən “Narimanfilm”də ictimaiyyətlə əlaqələr üzrə direktor müavini vəzifəsində çalışır.
2019-cu ildə təsis edilən “Salam Beynəlxalq Yeniyetmə Film Festivalı”nın bədii rəhbəridir.