Lətifə Əliyeva
Aktrisa
Doğum tarixi:
01 iyul 1944
Lətifə Cahandar qızı Əliyeva (Lətifə Cahandarqızı) Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1964-1970).
1967-ci ildən Gənc Tamaşaçılar Teatrında işləyir. Ana rollarının mahir ifaçılarından biridir.
İran istehsalı olan “Divlər zindanı” (1992) və “Arzular” (2005) filmlərində çəkilib.
Əməkdar artist (2000), Xalq artistidir (2018).