Xuraman Qasımova
Doğum tarixi:
06 iyun 1951
Xuraman Əkrəm qızı Qasımova Bakıda anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb (1975, Şövkət Məmmədova, İ.Lvoviçin sinfi).
Soprano müğənnidir. 1976-cı ildən Opera və Balet Teatrının solistidir. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I-ci mükafat), vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin (1977) və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (1981, Afina; həmçinin "Qran pri" qızıl medalına layiq görülüb), ifaçıların P.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (1982, Moskva) laureatıdır. 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1993-cü ildən solo oxumaq kafedrasının müdiri, 1996-cı ildən professor). 1994-cü ildən İstanbul Dövlət Universiteti Konservatoriyasının professorudur.
Dövlət mükafatı (1984), “İstiqlal (2021), “Şərəf” (2011) və “Şöhrət” (2001) ordenləri laureatı, Əməkdar artist (1982), Xalq artistidir (1986).
Opera müğənnisi, vokalçı, aktrisa Xuraman Qasımova opera müğənnisi, vokalçı Fidan Qasımovanın bacısıdır.