Xan Babayev
Doğum tarixi:
22 mart 1919
Vəfat tarixi:
29 may 1967
Xan Yusif oğlu Babayev Lənkəranın Seydəkaran kəndində anadan olub. 1922-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
Azərbaycan Dövlət Politexnikumunun Elektronika fakültəsində (1931-1937), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində (1938-1950, Boris Volçekin emalatxanası) təhsil alıb.
Müharibədən əvvəl müxtəlif təşkilatlarda səs mexaniki köməkçisi, texnik-elektrik, Azərbaycan Dövlət Akademik Dram Teatrında işıq sexi müdirinin II köməkçisi işləyib. Müharibədən sonra kinostudiyada kinooperator kimi çoxsaylı filmlərdə çalışıb. 1967-ci ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.
Xan Babayev 1967-ci ildə vəfat edib.