Cövdət Hacıyev

Bəstəkar Bəstəsindən istifadə olunub

Doğum tarixi:

18 avqust 1917

Vəfat tarixi:

18 yanvar 2002


Cövdət İsmayıl oğlu Hacıyev (Əhməd-Cövdət Hacıyev) Şəki şəhərində anadan оlub.

Azərbaycan Dövlət Kоnservatоriyasında (1935-1938), Mоskva Kоnservatоriyasında (1938–1941) təhsil alıb, müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şоstakоviçin sinfini bitirib.

1947-ci ildən ömrünün sоnuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. Bir müddət Azərbaycan Dövlət Konservatoriyasının rektоru olub (1957-1969). Azərbaycanda musiqi simfoniyasının banilərindən biri kimi simfoniyalarında, “Sülh uğrunda” simfonik poemasında dövrün mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib. Qara Qarayevlə birgə bəstələdiyi “Vətən” operası, kamera-instrumental və fortopiano əsərləri də yaradıcılığında əhəmiyyətli yer tutur. Ümumilikdə səkkiz simfoniya müəllifidir.

İki dəfə SSRİ Dövlət mükafatı laureatı (1946, 1952), Əməkdar incəsənət xadimi (1958), Xalq artisti (1960), Professor, “Şöhrət” ordeni laureatı (1997) Cövdət Hacıyev 2002-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Bəstəkar Cövdət Hacıyev rəqqasə Əminə Dilbazinin həyat yoldaşı olub.