Ceyhun Şüküroğlu
Doğum tarixi:
13 yanvar 1973
Ceyhun Şüküroğlu (Ceyhun Cümşüdov Şükür oğlu) Dəvəçidə (Şabran) anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyorluğu fakültəsində təhsil alıb (1997-2001).
Azərbaycan Dövlət Gənclər Teatrında aktyor, Azərbaycan televiziyasında və İctimai televiziyada (2006-2019), Space TV-də (2021-2022) rejissor kimi çalışıb. “Sözün sehri”, “Ədəbi ensiklopediya”, “Azərbaycan klassikləri”, “Miniatürlər”, “Felyetonlar”, “Bir kəndin nağılı” verilişlərinin rejissoru olub. Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş sənədli filmlər silsiləsinı quruluş verib (2014-2015, İctimai televiziya). Vətənpərvərlik mövzusunda çəkdiyi filmlərə görə “Fədai” və “Vətən naminə” medalları ilə təltif olunub (2017). Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəridir (2019). 2022-ci ildən Azərbaycan televiziyasında prodüser vəzifəsində çalışıb.