Ceyhun Mirzəyev

Rejissor Aktyor Rejissor assistenti

Doğum tarixi:

09 aprel 1946

Vəfat tarixi:

05 mart 1993


Ceyhun Cəmil oğlu Mirzəyev (Ceyhun Camal) Ağdamın Abdal-Gülablı kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində və Moskvada təhsil alıb.

48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub, 12 yaşı olanda “Ögey ana” filmində əsas rola dəvət alıb. “Azərbaycanfilm” kinostudiyasında müxtəlif peşələrdə çalışıb: assistent, rejissor köməkçisi, aktyor, rejissor. Güclü parodiya qabiliyyətinə malik olub. “Mozalan” kinojurnalının başlığında səslənən vızıltı səsi ona məxsus olub. “Azərbaycanfilm” kinostudiyasının “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkib. Bir müddət “Mozalan”ın bədii rəhbəri olub.

Xarici film istehsalçılarının çəkdikləri “Kompanyeros” (1962, rejissorlar Yuri Romanovski, Aleksandr Milyukov, Mixail Tereşenko / Ukrayna) filmində Miqel rolunda, “Qara qağayı” (1962, rejissor Qriqori Koltunov / Rusiya) filmində Manolo rolunda, “Snayperlər” (1985, rejissor Bolotbek Şamşiyev / Qazaxıstan) filmində Salayev rolunda çəkilib.

Rusiyanın “Fitil” kinojurnalınının “Qara və ağ” (1982, N241), və “Reaksiya” (1986, N284) süjetlərini çəkib.

Ceyhun Mirzəyev 1993-cü ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu