Cəmil Quliyev (II)

Məsləhətçi Ssenari müəllifi

Doğum tarixi:

16 dekabr 1927

Vəfat tarixi:

27 dekabr 2010


Cəmil Bahadur oğlu Quliyev Şuşada anadan olub.

M.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb.

Azərbaycan Dövlət Universitetinin müəllimi, professoru (1952-1972), rektoru (1989-1990), Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini (1958-1972), Azərbaycan EA-nın Tarix İnstitutunun direktoru (1972-1978), Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru (1975-1988), Azərbaycan EA-nın vitse-prezidenti-prezidenti (1976-1990), AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi (1997-2001), “Naxçıvan Ensiklopediyası”nın redaktoru (1999-2002), AMEA-nın Rəyasət Heyətinin üzvü (2001-2007) çalışıb.

300-dən çox elmi əsərləri nəşr olunub.

Tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı (1974), “Şöhrət” (2000) və “İstiqlal” (2005) ordenləri laureatı, Əməkdar elm xadimi (1982) Cəmil Quliyev 2010-cu ildə vəfat edib.