Cəmil Quliyev

Rejissor Ssenari müəllifi Bədii rəhbər Aktyor Məsləhətçi Kreativ prodüser Prodüser

Doğum tarixi:

03 iyul 1963


Cəmil Elşad oğlu Quliyev Bakıda anadan olub.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alıb (1980-1985, A.Alov və V.Naumovun emalatxanası).

1985-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. 1988-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyət göstərir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya sənəti kafedrasının müdiri və dosenti (1998-2006), Beynəlxalq Audiovizual Festivalın direktoru (2000-2005), Azərbaycan Dövlət Film Fondunun direktoru (2007-2013), AzTV Mədəniyyət kanalının direktoru (2011-2013), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi (2012-2024), İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru (2013-2018), Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun mudiri (2018-2019), “Azərbaycanfilm” kinostudiyasının direktoru (2019-2020) olub.

Hazırda Azərbaycan Dövlət Film Fondunun direktorudur.

“Humay” Milli Mükafatına (1998), “Zirvə” mükafatına (2010), 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə (2018) layiq görülüb. Əməkdar incəsənət xadimi (2005), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

Rejissor Cəmil Quliyev professor Elşad Quliyevin oğludur.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu