Cahan Azər

Aktrisa Filmi səsləndirən

Doğum tarixi:

01 iyun 1989


Cahan Azər (Cahan Məmmədova / Cahan Səfərova) Sumqayıtda anadan olub.

Respublika İncəsənət Gimnaziyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Televiziya rejissorluğu fakültəsində (2006-2010, Tariyel Vəliyevin kursu), Türkiyənin Marmara Universitetinin Kino-televiziya fakültəsində təhsil alıb.

Lider TV, İTV, ATV, ANS və Xəzər televiziyalarında dublyaj-səsləndirmə işi ilə məşğul olub (2006-2013).

Türkiyə film istehsalçılarının “Şəfqət təpə ” (2013) serialında Havin rolunda və “Qalib Dərviş” (2013-2014) serialında çəkilib.

Hazırda Türkiyədə yaşayır. Həyat yoldaşı rejissor və fotoqraf Savaş Çıkrakla birgə “Doyuran kareler” adlı sosial layihə üzərində çalışır, küçə heyvanlarına alınan qida qarşılığında insanları pulsuz fotosessiya edir.

Aktrisa Cahan Azər aktrisa Yasəmən Malikin qızıdır.